Formula1 üzrə mövsümün  12-ci qran-prisinin təsnifat mərhələsi baş tutub. Komandalar Böyük Britaniyanın Silverstoun trassında yarışıblar.

Yağışın olması yarışın gedişatına müdaxilə edib. Quruyan trasda “Red Bull” sürücüsü Serxio Peres səhvə yol verərək yarışdan kənarda qalıb. Bu hadisəyə görə, ilk sessiya qırmızı bayraqlarla dayandırılıb. Peresdən başqa Pyer Qasli, Esteban Okon, Kevin Maqnussen və Valteri Bottas da növbəti sessiyaya yüksələ bilməyib.

İkinci sessiyada əsas gözlənilməz hadisə Şarl Leklerin 12-ci nəticə göstərməsidir. “Ferrari” sürücüsü ilə birlikdə mübarizəni Loqan Sarcint, Yuki Tsunoda, Quanyu Jou və Daniel Rikardo da dayandırıblar.

Üçüncü sessiyanın ilk cəhdlərindən sonra Maks Ferstappenin maşınında problemlər olduğu məlum olub. Bu da digər pilotların şansını artırıb. Vəziyyətdən ən yaxşı istifadə edən Corc Rassel poul qazanıb. İkinci yeri Lyuis Həmilton, üçüncünü isə Norris tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp