Ölkə kuboku
Son 18 ildə ilk dəfə

Azərbaycan Kubokunun 2022/23 mövsümü iki komandanın ilk dəfə yarımfinala yüksəlməsi ilə əlamətdar olub.
Futbolinfo.az xəbər verir ki, buna “Səbail” və “Turan Tovuz” imza atıb.
1/4 final səddini ilk dəfə adlayanların sayında son 18 ilin rekordu qeydə alınıb. İlk dəfə yarımfinal oynayacaq komandaların sayının birdən artıq olması sonuncu dəfə 2004/05 mövsümündə qeydə alınıb.
Həmin vaxt üç komanda – “Xəzər Lənkəran”, “MKT-Araz” və “İnter” tarixdə ilk dəfə kubokun yarımfinalında oynayıb. Bu mərhələ təcrübəsinə malik yeganə klub “Bakı” olub ki, sonda yarışın qalibi adını da onlar qazanıb.

Reklam
- Ölkə futbolu2023-02-01 17:55
Təmkin Xəlilzadənin yeni klubu bəlli oldu
- Ölkə futbolu2023-02-02 11:12
“Kəpəz”də legioner alveri
- Ölkə futbolu2023-02-01 12:19
Sonun başlanğıcı: Əzəmətini itirmiş “Kəpəz” dedi-qodu yuvasına çevrilib
- Milli komanda2023-02-01 15:12
AFFA və AGİN “Sumqayıt” üçün “oyuna gedəcəkmi”?