“Sakramento Kinqs” komandasının oyunçusu De’Aaron Foks və “Nyu-York Niks”in hücumçusu Culius Rendl öz konfranslarında 2023/24 müntəzəm mövsümünün altıncı həftəsinin ən yaxşı basketbolçuları elan ediliblər.

“Kinqs” bu həftə ərzində 3 görüşdən 2-də qalib gəlib. Foks orta hesabla 31,7 xal, 8,7 asist və 6 ribaundla oynayıb. Onun atışlarının dəqiqliyi perimetr daxilindən 50,8%, xaricindən isə 36,4% təşkil edib.

“Nyu-York Niks” ardıcıl 3 oyunda qələbə qazanıb. Rendlın göstəriciləri 24,7 xal, 13,3 ribaund və 7,3 asist, atışlarının dəqiqliyi perimetr daxilindən 54,9%, xaricindən isə 31,3% təşkil edib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp