Dünya futbolu
Son mövsümün ən məyusedici transferləri – SİYAHI
“Goal.com” portalı 2023/2024 mövsümünün ən məyusedici transferlərinin reytinqini təqdim edib.
Futbolinfo.az xəbər verir ki, ilk sıranı “Milan”dan “Nyukasl”a keçən yarımmüdafiəçi Sandro Tonali tutub. İtaliyalı futbolçu oyunlara mərc etdiyinə görə uzun müddət diskvalifikasiya edilib.
İkinci sırada PSJ-nin Frankfurt “Ayntraxt”ından 90 milyon avroya aldığı hücumçu Randal Kolo-Muani yer alıb.
İlk üçlüyü “Çelsi”nin yarımmüdafiəçisi Moyzes Kaysedo tamamlayıb. Futbolçunun transferi “zadəganlar”a 116 milyon avroya başa gəlib.
Dördüncü yerdə yarımmüdafiəçi Kelvin Fillipsin “Mançester Siti”dən icarə əsasında “Vest Hem”ə transferi, beşinci yerdə isə Meyson Mauntun “Çelsi”dən “Mançester Yunayted”ə 70 milyon avroya keçidi yer alıb.
- Milli komanda2024-06-07 22:50
Millimiz Albaniyaya məğlub oldu
- Ölkə futbolu2024-06-08 10:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Müsahibə2024-06-07 14:54
Cica “Qarabağ”da qalmaq istəyir: “Başqa məsələlər barədə nəsə deyə bilmərəm”
- Müsahibə2024-06-07 17:19
20 ilin Aslanı: “Elxan Səmədovun xəstəxanadakı palatası iclas otağımız oldu”