Yeni mövsümə hazırlığın ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb.

Futbolinfo.az xəbər verir ki, Samir Abasovun komandası Rusiyanın Premyer Liqa təmsilçisi “Orenburq”la qarşılaşıb.

“Sumqayıt” matçda hesabı açsa da, 85 və 88-ci dəqiqədə buraxdığı qollarla 1:2 hesabı ilə uduzub. Yeganə qolu 40-cı dəqiqədə Nihad Əhmədzadə rəqib qapısından keçirib.

“Sumqayıt” iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp