“Sumqayıt” Kamran Əliyevlə vidalaşmaq istəyir. Baş məşqçi Samir Abasovun əsas heyət üzvü gözü ilə baxmadığı yarımmüdafiəçiyə klub rəhbərliyi özünə yeni komanda tapmağı tapşırıb.

Amma Azərbaycanda heç kim Rusiya vətəndaşlığı olan, bu səbəbdən Premyer Liqada legioner sayılan Kamrana müqavilə ilə bağlı olduğu “Sumqayıt”dakı kimi 10 min dollar maaşı vermək istəmir. Ona görə də daha yaxşı şərtlərlə yeni klub tapa bilməyən Əliyev “kimyaçılar”da qalmaqda israrlıdır.

Klub rəhbərliyi isə futbolçunu bezdirib yola salmaq üçün əlindən gələni edir. Ötən mövsüm onun geyindiyi 10 nömrəli formanın yeni transfer Rəhim Sadıxova verilməsi təsadüfi deyil. PFL-in saytındakı iştirak ərizəsinə inansaq, Əliyev bundan sonra “23”-ü geyməli olacaq. Maraqlıdır ki, bu nömrəni dünənki sınaq matçında əvvəlki sahibi Cordan Rezabala tərlətdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp