Ölkə futbolu
“Sumqayıt” üçün Divizion təhlükəsi bitdi

“Sumqayıt”la bağlı suallara son qoyuldu. Samir Abasovun yetirmələri növbəti mövsümdə də Premyer Liqada olacaq.
Futbolinfo.az xəbər verir ki, bu suala Misli Premyer Liqasının az öncə yekunlaşan 35-ci turundan sonra aydınlıq gəlib. Onsuz da I Diviziona düşmək ehtimalı az olan “kimyaçılar” səfərdə “Qarabağ”ı yenməklə (2:1) istəyinə çatıb. Ağdamlıların meydana zəif heyətlə çıxmasından maksimum yararlanan “Sumqayıt” həm də 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, “Sumqayıt” hətta uduzsaydı da Premyer Liqada qalacaqdı. Çünki komandanın əsas rəqibləri olan “Səbail”lə “Şamaxı” da turu qələbəsiz başa vurdu.

- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar
- Ölkə futbolu2023-05-25 14:44
AFFA “Şamaxı”nı Premyer Liqada saxlamaq istəyir?