2020/21 mövsümünün heyəti üçün çalışmalara başlayan “Sumqayıt” FK ilk olaraq, baş məşqçi Ayxan Abbasovla müqaviləni yeniləyib.

Futbolinfo.az xəbər verir ki, 38 yaşlı mütəxəssis növbəti mövsümdə də bu komandanın sükanı arxasında olacaq.

“Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avroliqada, həm də Premyer Liqada mübarizə aparacağıq” – deyə, Ayxan Abbasov klubun rəsmi saytına açıqlama verib.

Qeyd edək ki, “Sumqayıt” FK 2018-ci ilin noyabr ayından etibarən komandaya baş məşqçi təyin olunan Ayxan Abbasovun rəhbərliyi ilə tarixində ilk dəfə Azərbaycan kubokunun finalı və UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp