Macarıstan çempionatında 2024-2025 mövsümünün püşkü atılıb.

Futbolinfo.az saytı xəbər verir ki, artıq ilk turun təqvimi də müəyyənləşib.

“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Fehervar” OTP Bank Liqada mövsümə səfər oyunu ilə başlayacaq. Sekeşfehervar komandası 26-28 iyul aralığında “Keçkemeti”nin qonağı olacaq.

Maraqlıdır ki, “Fehervar” həmin görüşdən əvvəl – iyulun 25-də “Sumqayıt”la səfərdə üz-üzə gələcək. Bu səbəbdən “Keçkemeti” – “Fehervar” görüşünün ən yaxşı halda iyulun 28-nə təyin olunması gözlənilir.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında Macarıstandakı cavab qarşılaşması avqustun 1-də baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp