I Liqa
“Sumqayıt”la “Kəpəz” TTY maşınına görə cərimələndi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda I Divizionun XII turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Zirə-2” – “Zaqatala” oyununda “Zirə-2” komandasının 88 nömrəli oyunçusu Elmar Rəhimov matçın 37-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın və klub 20 manat cərimə edilsin (maddə 47.2);
“Sumqayıt-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
“Kəpəz-2” – “İmişli” oyununda polis əməkdaşı oyun öncəsi iclasa gecikdiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2.);
Oyunda Təcili Tibbi Yardım maşını matça təyin olunan vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 160 manat cərimə edilsin (maddə 59.4.);
“Qəbələ-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası oyunun protokolunu vaxtında təqdim etmədiyinə görə 80 manat cərimə edilsin (maddə 54);
“Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);
MOİK – “Mingəçevir” oyununda Təcili Tibbi Yardım maşını oyuna təyin olunan vaxtdan gec gəldiyinə görə MOİK klubu 160 manat cərimə edilsin (maddə 59.4.);
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” oyununda “Araz Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə edilsin (maddə 39).
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-14 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-13 18:00
“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç
- Ölkə futbolu2024-07-13 00:40
“Oyunçular onlardan tələb olunanları meydanda göstərməyə başlayıblar”
- Dünya futbolu2024-07-13 09:30
Ronaldoya yeni müqavilə təklifi