Dünya futbolu
Super Liqa klubu “Şaxtyor”un hücumçusu ilə gücləndi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Türkiyənin “Ümraniyəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Nigeriya millisinin və Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun hücumçusu Olarenvaju Kayodeni heyətinə cəlb edib.
29 yaşlı forvard bu mövsümün sonuna kimi icarə əsasında bu komandada çıxış edəcək.
Kayode daha öncə icarə əsasında Türkiyənin “Qaziantep” və “Sivasspor” klublarında da çıxış edib. “Şaxtyor”a 2018-ci ildə “Mançester Siti”dən transfer olunmuş nigeriyalı forvard “Jirona”, “Austria” (Vyana), “Makkabi” (Netanya), “Lutsern”, “Mimosas” kimi klubların da formasını geyinib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir