Premyer-liqa
Tərlan Əhmədov: “Mübariz bir komanda formalaşır”
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Sabah” ilə Premyer Liqa oyunundan sonra “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov matç ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
“İki uğurlu oyundan sonra səfərə də eyni nəticə üçün gəlmişdik. Minimum bir, maksimum üç xal götürmək istəyirdik. İlk 15 dəqiqə də göstərdi ki, komandamız məğlub olmağa yox, qalib gəlməyə gəlib. Meydançada baş verəcək hadisələri əvvəlcədən bilmək olmur. Komanda azlıqda qalsa da, nizam-intizama üstünlük verdi. Çalışdıq ki, oyunu bərabərləşdirək. Epizodlarımız da oldu. Amma azlıqda qalanda belə komandalara qarşı oynamaq çətindir. İstər-istəməz rəqib evdə oynayır, səviyyə, maddi və digər baxımdan bizdən üstündür. Buna baxmayaraq, mübariz bir komanda formalaşır. Uşaqlar uduzmaq yox, qalib gəlmək üçün çalışırlar. Oyunda rəqibə hər tərəfli başağrısı olduqları üçün onlara təşəkkür etdim. Bizi 6 gündən sonra çətin oyun gözləyir. “Zirə” ilə görüşə ciddi hazırlaşmalıyıq”.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı