Digər idman növləri
Tərtərdə yubiley turniri – VİDEO

Tərtər Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə sərbəst güləş, yunan-Roma güləşi və cüdo növlərində yarış təşkil edilib. Müxtəlif çəki dərəcələrində keçirilən yarış Tərtər Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə iştirak edənlər Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə rayonda keçirilən silsilə tədbirlərdən, Ulu Öndərin hakimiyyəti illərində rayonun sosial-iqtisadi inkişafından, dövlətçiliyimizin qorunub saxlanması istiqamətində göstərdiyi siyasi fəaliyyətdən danışıb. Ulu Öndərin Vətən və millət üçün gördüyü genişmiqyaslı işlərdən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı müstəsna xidmətlərindən bəhs edilib.


Sonra yarışlar start götürüb. Xatirə turnirində 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.
Yarışda yüksək yer tutan hərbçilər mükafatlandırılıb. Qaliblərə Tərtər Rayon İcra Hakimiyyəti və N saylı hərbi hissənin fəxri fərmanları təqdim olunub.
BƏHRUZ MUSAYEV, TƏRTƏR

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat