“Heç bir real təklif yoxdur. Ona görə də karyeramın necə olacağı ilə bağlı hansısa məlumat verə bilmirəm” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”la müqaviləsi başa çatan müdafiəçi Tərlan Quliyev deyib.

Təcrübəli oyunçu hansı kluba keçəcəyi ilə bağlı suala belə cavab verib: “Sadəcə, mətbuatdan xəbərlər oxuyuram. Real heç nə yoxdur. “Turan Tovuz”la da danışığımız olmayıb. Başqa klubların da məni heyətinə qatmaq istəməsi ilə bağlı xəbərləri mətbuatdan oxuyuram. Deyim ki, kimsə zəng edib, bir klubun meneceri və ya idman direktoru əlaqə saxlayıb – yox, belə şey olmayıb. İndi gözləyib necə olacağını görək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp