Dünya futbolu
Ten Haq: “Dünyanın ən yaxşısı olmaq istəyirik”

Erik ten Haq yeni transferlər istəyir. “Mançester Yunayted”in baş məşqçisi nəticələri yaxşılaşdırmaq, növbəti mövsüm indiki göstəriciləri yaxşılaşdırmaq üçün komandanın güclənməli olduğunu düşünür.
Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis dünən “Çelsi” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra bunları deyib: “Ən yüksək səviyyəli klublarla rəqabət aparmaq istəyiriksə, daha da güclənməliyik. Daha çox yaxşı oyunçuya ehtiyacımız var. “Mançester Yunayted”in yeri Çempionlar Liqasıdır. Dünyanın ən yaxşısı olmaq istəyirik”.
Xatırladaq ki, “Mançester Yunayted” məhz “Çelsi” üzərində qələbədən sonra Çempionlar Liqasına vəsiqəni rəsmiləşdirdi. Son turun nəticəsndən asılı olmayaraq, mankunianlar “Liverpul” üçün əlçatmazdır.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”