39 yaşlı britaniyalı velosipedçi Mark Kavendiş nüfuzlu “Tour de France” veloyürüşü tarixində unikal rekorda imza atıb.

Hazırda “Astana Pro” komandasının heyətində mübarizə aparan Kavendiş Saint-Jean-de-Maurienne və Saint-Vulbas şəhərləri arasında keçirilən “Tour de France 2024″ün beşinci mərhələsində qalib gəlib. Mark üçün bu qələbə karyerasında “Tour de France”ın mərhələlərində 35-ci olub. Bu isə 111 illik tarixə malik veloyürüşün yeni rekorddur.

Beləliklə, Kavendiş əfsanəvi belçikalı velosipedçi, “Tour de France”ın beşqat qalibi (1969–1972, 1974) Eddi Merksin rekordunu (34) qırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp