Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “Mes Rafsanjan”la qarşılaşıb. “Traktorçular” bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə bu turda “Gol Gohar”ın qonağı olacaq.

19 oyuna 27 xal toplamış “Traktor” 16 kollektiv arasında 5-ci, 9 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp