Ölkə futbolu
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
Yayda “Turan Tovuz”u tərk edəcək futbolçulardan ikisi bəllidir. Onlardan biri legioner, digəri yerli oyunçudur.
Futbolinfo.az xəbər verir ki, zədə üzündən mövsümün böyük hissəsini boşa verən Piruzi Marakvelidze yol üstədir. 29 yaşlı dayaq yarımmüdafiəçisi vətəni Gürcüstana qayıdacaq. Qışda komanda tapa bilmədiyi üçün Tovuzda qalan oyunçunun müqavilə müddəti başa çatır.
Vida ediləcək digər futbolçu Tərlan Quliyevdir. Ötən mövsümkü xidmətlərinə görə heyətdə saxlanılan, komandaya cidd faydası dəyməyən 32 yaşlı mərkəz müdafiəçisi Bakıya dönüb aşağı liqa klublarından birində çıxış etmək niyyətindədir.
Ümumiyyətlə, “Turan Tovuz” gələn mövsümə daha güclü heyət qurmaq istəyir. Bu səbəbdən bəzi əcnəbilərin yola salınıb yenilərin gətirilməsi mümkündür. Yerlilərlə bağlı isə daha ciddi addımlar atılmalıdır. Tərlan Əhmədli, Slavik Alxasov və daha bir neçə futbolçu ilə yolların ayrılacağı ehtimal edilir. Bu mövsüm qapıçıların qəhvləri üzündən xeyli xal itirən qərblilərin “çərçivə”ni də legionerə etibar etməsi də realdır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-10 08:00
“Qarabağ”in ilk transferi xorvat qapıçı oldu – EKSKLÜZİV
- Ölkə futbolu2024-06-10 17:45
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-06-09 10:29
Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu
- Ölkə futbolu2024-06-10 12:15
Rahil yığmanı yeni klub tapmaq üçün tərk edib