Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin 2-ci mərhələsində Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. “Qırmızı-qaralar” Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.

Shares: