Gələn ayın ilk günündə tennis üzrə ilin ən mötəbər turnirlərindən birinə start veriləcək. İyulun 1-də “Uimbldon” çempionatı başlayacaq.

İlin 3-cü “Böyük dəbilqə” turnirinin püşkatma mərasiminin vaxtı məlum olub. Püşk turnirin startından 3 gün əvvəl, iyunun 28-də atılacaq.

Xatırladaq ki, püşkatma zamanı ən yüksək reytinqə malik tennisçilərdən ibarət turnir yolu müəyyənləşir. Hazırda dünya reytinqinin 1 nömrəsi Yannik Sinner, ikincisi isə Karlos Alkarasdır. Onlar finala qədər qarşılaşa bilməzlər. 3 nömrəli tennisçi Novak Cokoviçin hansı tərəfə, Sinner və ya Alkarasın olduğu yola düşəcəyi isə ən çox maraq doğuran suallardandır.

Xatırladaq ki, serbiyalı tennisçinin turnirdə iştirakı dəqiqləşməyib. O, 3 həftə əvvəl dizindən əməliyyat olunub və hazırda müalicə olunur.

Qeyd edək ki, keçən il turnirin qalibi Cokoviçi 5 setdə məğlub edən Karlos Alkaras olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp