Ölkə futbolu
Ulu Öndərin 100 illiyinə həsr olunan turnirin qalibi bəlli oldu

AFFA-nın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçirilib.
Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan turnirdə AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Partnyorlardan ibarət 10 komanda mübarizə aparıb.
Hərəsində 5 komanda olmaqla 2 qrup üzrə oyunlar keçirilib. Öz qruplarında birinci yeri tutan PFL və Veteranlar komandaları final oyununda qarşılaşıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən Veteranlar turnirin qalibi olublar.
Turnirdə ilk iki yeri tutan komandalara medallar təqdim edilib. Medalları AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Fərid Qayıbov, assosiasiyanın baş katibi Sərxan Hacıyev təqdim ediblər.
Tədbirdə idman ictimaiyyətinin nümayəndələri, media əməkdaşları, könüllülər, azarkeşlər və futbol ailəsinin üzvləri istirak ediblər.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Ölkə futbolu2023-09-14 19:00
“Neftçi”də əcnəbi idman direktoru: Kamil Məmmədov müşavir olacaq