Ölkə futbolu
Ülvi inkişaf edəcəyi yerə getmək istəyir: “Zirə”dən təklif var”

“Hazırlığımız çox yaxşı keçir. Komandada ab-hava yaxşıdır” – bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin forvardı Ülvi İsgəndərov deyib.
Hücumçu Azərbaycan kubokunun finalında “Neftçi”yə qarşı keçirəcəkləri oyundan danışıb: “Hər kəs finala hazırdır. Səbrsizliklə iyunun 3-ü gözləyirik. Şanslar 50-50-yədir. Çünki final zamanı komandalar başqa ab-havada olur. Qalib gəlmək istəyirik. Əlbəttə, final həm komandaya, həm mənə təsir edəcək. Mənim üçün ikinci belə oyundur. “Sumqayıt”la bir dəfə finalda məğlub olmuşam. O zaman “Qəbələ”yə uduzmuşduq. Bu dəfə “Qəbələ” ilə kubok sahibi olmaq istəyirəm. Yetirməsi olduğum komandada titula yiyələnmək arzumdur”.
İsgəndərov finaldan sonra “Qəbələ”dən ayrılmaq ehtimalının böyük olduğunu bildirib: “Zirə”dən təklif var. Danışıq olub. Amma tam heç nə dəqiq deyil, daha da inkişaf edəcəyim yerə getmək istəyirəm. “Qəbələ”də qalmaq ehtimalım çox azdır”.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat