İspaniya millisinin əsas qapıçısı Unai Simonun biləyindən zədə ola-ola Avropa çempionatında çıxış etdiyi məlum olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Zədə keçən il meydandan kənarda təsadüfən baş verib.

Biləkdəki ağrı daimi olsa da, məşq etməyə və normal oynamağa mane olmur. Ağrıların yox olması üçün qapıçıya yüngül əməliyyat tövsiyə edilib.

Xatırladaq ki, Simon İspaniya millisinin əsas qapıçısıdır və o, Xorvatiya ilə matçın (3:0) 80-ci dəqiqəsində Bruno Petkoviçin yerinə yetirdiyi penalti zərbəsini dəf etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp