“Tottenhem”in sabiq futbolçusu Yan Vertongen klubunu dəyişib.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı müdafiəçi “Benfika”dan (Portuqaliya) “Anderlext”ə (Belçika) keçib.

Bu barədə klubların rəsmi saytları məlumat yayıb. Oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Vertongen keçirdiyi matçların sayına görə Belçika millisinin rekordçusudur. O, yığma ilə 139 görüşdə iştirak edib. Yan 2012-2020-ci illərdə “Tottenhem”in formasını geyinib.

Shares: