“Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin futbolinfo.az saytına müsahibəsi

– UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubuna 2:0 hesabı ilə qalib gəldiniz. Səfər qələbəsini necə dəyərləndirirsiz?

– Biz Çempionlar Liqasına, Avropa mövsümünə qələbə ilə başladıq. Bu, çox yaxşı start idi. Sevinirik ki, səfər oyununda qələbə qazanmışıq.

– Oyunun keçirildiyi stadiondakı şərait sizə çətinlik yaratdı?

– Meydança süni idi və o qədər də yaxşı deyildi. Biz öz oyunumuzu oynamaq istəyirdik, amma bəzi hallarda meydança bunu etməyə imkan vermirdi. Hava yaxşı idi, keçənilki kimi isti deyildi.

– Artıq ikinci ildir ki, ardıcıl bu rəqiblə üz-üzə gəlirsiz…

– Bəli, ardıcıl ikinci il bu komanda ilə oynayırıq və deyə bilərəm ki, bu il onlar daha yaxşı, daha təcrübəlidirlər. Bu komanda inkişaf edib.

– Evdəki matçda daha asan olacağını düşünürsüz? Çünki səfərdə qalib gəlmisiz…

– Belə deyək, səfərdə qalib gələndə hər zaman daha asan olur. Yaxşı nəticəmiz var. Ancaq ev oyununda da qalib gəlmək istəyirik.

– Digər klublarımızın matçlarını izlədinizmi? “Sabah” “Makkabi”yə 3:0, “Zirə” isə “DAK 1904”ı 4:0 hesabı ilə qalib gəldi…

– Həmin oyunlara baxmamışdım, onların güclü komandalara qalib gəldiyini gördüm və məncə, bu, ümumilikdə Azərbaycan futbolu üçün çox yaxşıdır. Çox istərdim ki, bu komandalar qrup mərhələsində oynasınlar.

– Bu il azarkeşlər sizdən daha böyük nəticələr gözləyir. Buna hazırsız?

– Bəli, biz yüksək səviyyədə hazırlaşmışıq və hər zaman olduğu kimi azarkeşlərimizi sevindirmək istəyirik.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp