Xavi Ernandes “Barselona”dan ayrılacağını açıqlayandan sonra komanda məğlub olmayıb. İspaniya təmsilçisi son olaraq Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Fransada PSJ-ni məğlub edib – 3:2.

Kataloniyalıların sonuncu məğlubiyyəti yanvarın 27-nə təsadüf edir. Xavinin yetirmələri həmin gün İspaniya çempionatında “Vilyarreal”a 3:5 hesabı ilə uduzub.

44 yaşlı mütəxəssis məhz bu görüşdən sonra mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı. “Barselona” həmin vaxtdan bəri keçirdiyi 12 oyunda 9 qələbə, 3 heç-heçə ilə yadda qalıb.

Shares: