“Barselona”nın baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılmaq qərarını hələ də dəyişə bilər.

Futbolinfo.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin ətrafı hesab edir ki, yaxşı nəticələr Xaviyə təsir edə və onu qalmağa inandıra bilər.

Xavi yanvarın sonunda yayda “Barselona”dan ayrılacağını bildirsə də, rəhbərlik hazırda baş məşqçinin getməsini istəmir. O, istefa verəcəyini elan edəndən bəri “Barselona” bütün yarışlarda 12 matçdır ki, uduzmur. Kataloniyalılar ən son Çempionlar Liqasının 1/4 finalının ilk oyununda PSJ-ni səfərdə məğlub edib (3:2).

Shares: