Bizi izləyin

Müsahibə

Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”

blank
blank

“Kəpəz”in kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının XXXIV turunda “Neftçi”yə 1:5 hesabı ilə uduzduğunuz oyundan başlayaq. Niyə bu cür hesab qeydə alındı?

– Bu hesabı gözləmirdik. Məncə, heç kəs oyunun belə hesabla nəticələnəcəyini ehtimal etmirdi. Prinsipcə, ilk hissə bizim üçün pis keçmirdi. Hesabı açmışdıq, sadəcə, üstünlüyümüzü fasiləyədək saxlamalı idik. Fasiləyə 1:0 hesabı ilə öndə yollansaydıq, nəticə başqa cür olardı. Amma biz bunu bacarmadıq və 3 dəqiqə ərzində 2 qol buraxdıq. Yəqin ki, bundan sonra “sındıq”. Rəqib isə ilk hissənin sonlarında vurduğu ardıcıl qollardan sonra daha sərbəst oynamağa başladı.

– “Neftçi”nin hücumçusu Andre Şinyaşiki bu görüşdə 3 qol və 1 məhsuldar ötürmə müəllifi oldu. “Kəpəz”in müdafiə xəttinin onu dayandıra bilməməsini nə ilə izah edərdiniz?

– Bu suala cavab vermək çətindir. Yaxşı xatırlayıram, “Neftçi” ilə 3:3 hesablı heç-heçə etdiyimiz oyunda isə Filip Ozobiç qapımıza 3 qol vurmuşdu. Futbolda belə hallar olur. Şinyaşikinin haqqını vermək lazımdır, yaxşı oyun keçirdi. Bizim çıxışımız haqda isə eyni sözləri demək mümkün deyil.

– Matçdan sonra baş məşqçiniz Adil Şükürov futbolçulara nə dedi, hansı iradlarını çatdırdı?

– Oyundan sonra heç nə demədi. Düşünürəm ki, həmin anda nəsə deməyin xeyri olmayacaqdı. Bu məğlubiyyətdən ayrı-ayrılıqda hər birimiz nəticə çıxaracağıq.

– Növbəti oyununuz “Zirə”yə qarşı olacaq. Şansları necə dəyərləndirirsiniz?

– Meydana azarkeşlərimizi sevindirmək məqsədilə çıxacağıq. Təbii ki, bunun üçün yaxşı nəticəyə imza atmaq lazımdır.

– Hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşsanız da, 9-cu olan “Araz-Naxçıvan”la eyni xala maliksiniz. İndiki mövqeyinizdə sonadək qala biləcəksiniz?

– Son ayları yaxşı keçirdik, layiqli performans göstərdik. “Qarabağ” və “Neftçi”yə böyük hesabla uduzduğumuz görüşləri çıxmaq şərtilə, bütün matçlarda inamlı təsir bağışladıq, imkanlarımız daxilində nə etmək mümkün idisə, etdik. Son iki oyunda da əlimizdən gələni əsirgəməyəcəyik.

– “Kəpəz”in cari mövsümdəki çıxışını ümumi olaraq necə qiymətləndirirsiniz?

– Şəxsi fikrim belədir ki, mövsümün əvvəlində bizdən gözlənilən nəticədən də yaxşısına imza ata bildik. Sezonun startı bizim üçün uğursuz alınsa da, sonra vəziyyəti lehimizə dəyişməyi bacardıq. Özümüz çətin duruma düşdük, özümüz də o durumdan çıxdıq. Turnir cədvəlindəki hazırkı mövqeyimizin ədalətli olduğunu düşünürəm.

– “Kəpəz”lə müqavilənizin müddəti mövsümün sonunda bitir. Növbəti sezonda da Gəncə klubunun formasını geyinəcəksiniz, yoxsa planınız başqadır?

– Bəli, müqaviləm yayda başa çatır. Karyeramla bağlı hələ dəqiq söz deyə bilmərəm. Çünki danışıqlara başlamamışıq. Məncə, qarşıdakı iki oyundan sonra buna aydınlıq gələcək.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-06-10 17:00

Daha bir futbolçu AÇ-2024-də iştirak edə bilməyəcək

blank
Dünya futbolu2024-06-10 16:39

“Real” klublararası dünya çempionatında iştirak etməyəcək

blank
Dünya futbolu2024-06-10 16:20

AÇ-2024-ün ən dəyərli oyunçusu adına əsas namizədlərdən biri odur

blank
Dünya futbolu2024-06-10 16:01

“Milan” Salemakersi saxlamaq istəmir

blank
Dünya futbolu2024-06-10 15:44

Liqa 1 klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-06-10 15:32

“Tottenhem” Ndombeledən imtina edir

blank
Digər idman növləri2024-06-10 15:15

Azərbaycan şahmatçısı Fransa çempionu oldu

blank
Digər idman növləri2024-06-10 15:00

Pakyao yayda döyüşməyə hazırlaşır

blank
Digər idman növləri2024-06-10 14:45

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşdi

blank
I Liqa2024-06-10 14:30

I Liqada pley-offun cavab oyununun cədvəli açıqlandı

blank
Ölkə futbolu2024-06-10 14:17

İsmayıllıda “Bahar turniri” keçirilib

blank
Ölkə futbolu2024-06-10 14:00

MEDİA jurnalistlər üçün yeni müsabiqə elan etdi

blank
Milli komanda2024-06-10 13:44

Millimiz yoldaşlıq turnirində sonuncu oyununu keçirəcək

blank
Ölkə futbolu2024-06-10 13:31

“Zirə” Çantakiası göndərdi

blank
Milli komanda2024-06-10 13:16

U-15-in Bakıda təlim-məşq toplanışı olacaq

blank
Ölkə futbolu2024-06-10 13:00

Transfer pəncərələrinin vaxtı müəyyənləşdi

blank
Digər idman növləri2024-06-10 12:48

Millilərimizin Avropa Kubokunda potensial rəqibləri bəlli oldu

blank
Ölkə futbolu2024-06-10 12:30

Kulaç: “İndi hər ölkədə futbol oynamağı bacarırlar”

blank
Ölkə futbolu2024-06-10 12:15

Rahil yığmanı yeni klub tapmaq üçün tərk edib

blank
Dünya futbolu2024-06-10 12:01

Postsovet məkanının dəyərliləri: ən yaxşı 50 nəfər arasında təmsilçimiz yoxdu

blank
Digər idman növləri2024-06-10 11:44

WTA-nın yeni reytinqi: finalçı 7-ci yerə yüksəldi

blank
Ölkə futbolu2024-06-10 11:29

“Araz-Mərdəkan” həqiqətləri: kimi aldadırıq?

blank
Digər idman növləri2024-06-10 11:14

Yeni reytinq açıqlandı, Cokoviç 3-cü yerə endi

blank
Digər idman növləri2024-06-10 10:57

Əfsanələr oynadı, Bolt xəstəxanalıq oldu

blank
Digər idman növləri2024-06-10 10:42

Kanada qran-prisində qalib dəyişmədi

blank
Digər idman növləri2024-06-10 10:27

Donçiçin tripl-dablı yetərli olmadı

blank
Ölkə futbolu2024-06-10 10:12

“Qarabağ” və “Neftçi” gerilədi, “Sabah”la “Zirə” irəlilədi

blank
Digər idman növləri2024-06-10 09:55

Durarbəyli ABŞ-də qalib oldu

blank
Dünya futbolu2024-06-10 09:38

Levandovski və Roys yenidən eyni komandada?

blank
Ölkə futbolu2024-06-10 09:21

“Şamaxı” Abbasovun razılığını aldı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm