Basketbol üzrə Olimpiya Təsnifat Turnirlərində ikinci oyunlar keçirilib. Xatırladaq ki, bu oyunlara əsasən, Olimpidaya son vəsiqələr sahibini tapır.

4 müxtəlif yerdə keçirilən oyunların nəticələri belədir:

Monteneqro – Kamerun 70:66

Xorvatiya – Yeni Zelandiya 86:90

Baham adaları – Polşa 90:81

Latviya – Filippin 80:89

Dominikan Respublikası – Yunanıstan 82:109

İspaniya – Anqola 89:81.

Pireydə keçirilən oyunda qalib gələn Yunanıstan komandasının heyətində superulduz Yannis Antetokumbo 32 xal toplayıb.

Bu oyunlardan sonra 2 qələbə qazanan Baham adaları və İspaniya yarımfinala yüksəlib. Qeyd edək ki, hər iki komanda Valensiyada təşkil edilən təsnifat turnirində iştirak edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp