Basketbol üzrə Olimpiya Seçmə Turnirinin növbəti oyunları keçirilib.

Xatırladaq ki, bu turnirlərin nəticələrinə əsasən Parisdə keçiriləcək Olimpiya Oyunlarına son dörd vəsiqənin sahibləri məlum olacaq.

Filippin – Gürcüstan 94:96

Yeni Zelandiya – Sloveniya 78:104

Anqola – Livan 70:74

Kamerun – Braziliya 77:74

Yunanıstan – Misir 93:71

Polşa – Finlandiya 88:89

Meksika – Kot-d’İvuar 92:81

Puerto Riko – İtaliya 80:69

Beləliklə də, qrup oyunlarına yekun vurulub. Nəticələrə əsasən, hər turnirin yarımfinal cütlükləri müəyyənləşib:

Litva – İtaliya, Puerto-Rika – Meksika,

Yunanıstan – Sloveniya, Dominikan – Xorvatiya,

Braziliya – Filippin, Latviya – Kamerun,

İspaniya – Finlandiya, Baham adaları – Livan.

Kişilər arasında basketbol üzrə olimpiya turnirinin səkkiz iştirakçısı artıq məlumdur – bunlar Fransa, Avstraliya, Kanada, Almaniya, Yaponiya, Serbiya, Cənubi Sudan və ABŞ komandalarıdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp