“Bəzən başqa xalqlar kimi cəsarətli olmadığımızı deyib bizi tənqid edirlər”. Bunu Niderlanda millisinin baş məşqçisi Ronald Kuman Avropa çempionatının 1/4 finalında Türkiyəyə qarşı oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis yarımfinalda oynamağın onlar üçün böyük uğur olduğunu söyləyib: “Bütün xalq üçün bu xüsusi bir şeydir. Biz kiçik bir millətik və İngiltərə, İspaniya, Fransa ilə birlikdə yarımfinalda olduğumuz üçün fəxr edirik. Bu gecə əziyyət çəkməli olduq, amma asan oyun yoxdur. Bu emosional matç olsa da, böyük ürəyimiz var idi. İkinci hissəni yaxşı keçirdik. Əziyyət çəkməli olduq, lakin yarımfinalda oynamaq şansı qazanmaq böyük uğurdur”.

Qeyd edək ki, Niderland – Türkiyə matçında Kumanın komandası 2:1 hesablı qələbəyə sevinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp