Digər idman növləri
Yarış günü Monakoda da yağış olacaq

Keçən həftə keçirilməli olan İmola qran-prisi hava şəraitinə görə təxirə salınmışdı. Bu həftə isə Formula 1 azarkeşlərini Monako qran-prisi gözləyir. Bu baxımdan havanın necə olacağı hamını maraqlandırır.
Futbolinfo.az xəbər verir ki, sinoptiklər həftəsonu üçün knyazlıqda havanın necə olacağı ilə bağlı öz proqnozlarını açıqlayıblar. Onların qənaətinə görə, cümə günü hava günəşli olacaq. Havanın hərarəti isə müsbət 24 dərəcə olmalıdır. Şənbə bütün gün ərzində leysan yağışı gözlənilir. Hava isə 23 dərəcə isti olacaq. Bazar günü yağışın bir qədər səngiyəcəyi ehtimal edilir. Hava isə eyni dərəcədə qalacaq.
Xatırladaq ki, keçən il Monakoda pilotlar yağışlı hava şəraitində yarışmalı olmuşdular. Cümə və şənbə günü günəşli havadan sonra gecə dolu düşmüş , bazar günü yarış zamanı yağış yağmışdı. Yarışın qalibi meksikalı Serxio Peres olmuşdu.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”