Digər idman növləri
Yaşıl dünya naminə
Ağcabədidə basketbol üzrə rayon turniri keçirilib.
Ağcabədi rayonu üzrə gənclər və idman sektorunun, Qarabağ regional təhsil idarəsinin və Ağcabədi Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan yarışda məktəbli qızlar yarışıb. 12 məktəb komandasının 8-11-ci siniflərinin iştirak etdiyi turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutub.
Turnirin yekun nəticələrinə əsasən, Ağcabədi şəhər Ş.Hüseynov adına 2 nömrəli tam orta məktəbin komandası I, C.İbrahimov adına şəhər 8 nömrəli tam orta məktəbin komandası II, S.Vurğun adına şəhər 4 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub. Komandalara təşkilatçılar tərəfindən diplomlar təqdim olunub.
BƏHRUZ MUSAYEV, AĞCABƏDİ
- Ölkə futbolu2024-06-11 23:47
Berdıyev “Turan Tovuz”da
- Milli komanda2024-06-11 19:51
Millimiz Qazaxıstana qalib gəldi
- Ölkə futbolu2024-06-11 13:30
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-11 16:33
Tovuz reallığı: Hər şey üçün pulu AFFA verəcəkdisə, Oqtay Abdullayev qalıb işləyərdi də…