Bizi izləyin

Ölkə futbolu

“Yeni mövsümə böyük motivasiya ilə hazırlaşacağıq” – Tahir Gözəl

blank
blank

Sabah Misli Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

Futbolinfo.az xəbər veri rki, 36-cı turun “Azersun Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.

Klubun prezidenti Tahir Gözəl ölkə xaricində təşkil olunan vacib tədbirə qatıldığı üçün mükafatlandırmada iştirak edə bilməyəcək. O, klubumuzun mətbuat xidmətinə açıqlamasında komandanı və azarkeşləri növbəti uğurlu mövsüm münasibətilə təbrik edib:

“Daha bir möhtəşəm mövsümə şahid olduq. Azərbaycan xalqı, bütün dünya Avropada mükəmməl bir “Qarabağ” izlədi. Ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparan komandamız pley-offda Portuqaliyanın tanınmış “Braqa” klubunu məğlub etdi, Avropada heç kimə uduzmayan “Bayer”in seriyasını qırmağa yaxın oldu. Almaniya təmsilçisinin baş məşqçisi və futbolçuları komandamızla qarşılaşmaların çox çətin keçdiyini dəfələrlə vurğuladılar. Bu uğurların ardınca “Qarabağ” Premyer Liqada ardıcıl 3-cü, tarixində 11-ci çempionluğunu qazandı. Sabah komandamıza növbəti qızıl medallar təqdim olunacaq. Vacib, təxirəsalınmaz işlərimlə bağlı komandamızın mükafatlandırma mərasimində iştirak edə bilməyəcəyəm. Amma ürəyim komandamızın yanında olacaq. Bu dəfə qızıl medalları sona 8 tur qalmış təmin etdik ki, bu da yeni rekord oldu. Hətta Avropada, dünyada belə erkən çempionluq tituluna yiyələnən komandalar çox az olub. Lakin buna baxmayaraq, uğur heç də asanlıqla əldə edilmədi. Hər komanda bizdən xal almağa çalışır, “Qarabağ” Avropada tarix yazdıqca Azərbaycan çempionatında hər komandanın bizə qarşı motivasiyası artır. Bu da bizi sevindirir. Yerli klubların bizə rəqabət yaratmağa çalışması “Qarabağ”ı Avropaya daha yaxşı hazırlayır və çempionatın səviyyəsinin qalxmasına təkan verir. Heç kim düşünməsin ki, Premyer Liqadakı rəqiblərimiz zəifdir, əksinə onlar güclüdürlər, amma onların qarşısında daha da güclü, Avropa təcrübəsinə malik “Qarabağ” var. Bütün bu uğurlar bizim “Qarabağ”da yaratdığımız birlik ruhunun nəticəsidir. Klubun rəhbərliyindən, baş məşqçisindən sıravi işçisinə kimi hamının arasında böyük mənəvi birlik var. Rekord sayda 11-ci çempionluq münasibətilə başda məşqçilər heyəti olmaqla, futbolçularımı, klubumuzda çalışan hər kəsi, ürəyi “Qarabağ”la döyünən bütün azarkeşlərimizi təbrik edirəm”.

Klub prezidenti növbəti hədəflərə də toxunub: “Əldə olunan nəticələr “Qarabağ”ın dünya və Avropa reytinqlərində yüksəlməsinə də əsas verib. Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının dünya reytinqində 48-ci yerdədir ki, on minlərlə klub bu siyahida yer almaq üçün mübarizə aparır. Çempionluq kubokunu doğma “Azersun Arena”da aldıqdan sonra bizi kubok uğrunda final qarşılaşması gözləyir. Həmin oyunda iştirak edəcəyəm. Görüşü səbirsizliklə və həyəcanla gözləyirəm. “Zirə” çox güclü komandadır və Rəşad Sadıqov mükəmməl heyət formalaşdırıb. Amma biz də daha bir titul qazanmağa, mövsümü “Qızıl dubl”la tamamlanmağa çalışacağıq. Ardınca isə yeni mövsümə böyük motivasiya, böyük ümid və inamla hazırlaşacağıq. Titulumuzu növbəti dəfə qorumaq, Avropada yeni tarixlər yazmaq üçün mübarizə aparacağıq. İllərdir Qarabağ adını Avropada qürurla daşıyırıq və artıq Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan əsgərinin böyük zəfəri sayəsində azad Qarabağı təmsil edirik. “Qarabağ” adının, klubun Azərbaycan üçün mənəvi cəhətdən necə önəm daşıdığını anlayırıq və bilirik ki, “Qarabağ” futbol klubu olaraq, missiyamız bununla bitmir. Bundan sonra da Qarabağın adını Avropada layiqincə təmsil etməliyik. Mənim üçün əsas olan klubumuzun bir illik uğuru deyil, davamlı nəticələrdir və komandamıza inamım sonsuzdur”.

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-06-09 16:00

Millimiz qrup lideri kimi yarımfinala yüksəldi

blank
I Liqa2024-06-09 15:22

Pley-off matçının təyinatları

blank
Ölkə futbolu2024-06-09 13:38

“Zirə” üç futbolçu ilə müqavilənin müddətini uzatdı

blank
Digər idman növləri2024-06-09 12:17

Daha 4 güləşçimiz reytinq turnirində mübarizəyə başlayır

blank
Digər idman növləri2024-06-09 11:45

Avropa Kuboku: Azərbaycan milliləri növbəti matçlarına çıxacaq

blank
Digər idman növləri2024-06-09 10:51

Kanada Qran prisində Rassel birinci oldu

blank
Milli komanda2024-06-09 10:37

Quqeşaşvilinin Avro-2024-ə gedəcəyi dəqiqləşdi

blank
Milli komanda2024-06-09 10:29

Rahil yığmadan ayrıldı, Elvin heyətə qoşuldu

blank
Dünya futbolu2024-06-09 09:00

“Qarabağ”ın futbolçusu Kameruna qarşı oynadı

blank
Digər idman növləri2024-06-09 00:49

Azərbaycanın paraüzgüçüsü Fransa gümüş medal qazandı

blank
Digər idman növləri2024-06-08 23:57

Azərbaycan yığması Kiprə də qalib gəldi

blank
Digər idman növləri2024-06-08 23:46

Azərbaycan güləşçisi reytinq turnirinin qalibi oldu

blank
Milli komanda2024-06-08 22:00

Millimizin heyətində dəyişiklik edildi

blank
Dünya futbolu2024-06-08 21:33

“Bayer”dən yeni mövsüm üçün ilk transfer

blank
Dünya futbolu2024-06-08 21:12

İtaliya klubu Kannavaronu istefaya göndərdi

blank
Dünya futbolu2024-06-08 20:45

Super Liqa klubunda baş məşqçi ilə bağlı qərar verildi

blank
Dünya futbolu2024-06-08 19:41

Ruben Kastro karyerasını başa vurdu

blank
Digər idman növləri2024-06-08 19:22

Avropa Kuboku: Azərbaycan yığmasından ilk oyunda qələbə

blank
AÇ-20242024-06-08 19:00

Fransa millisinin AÇ-2024 üçün heyəti

blank
AÇ-20242024-06-08 18:41

Almaniyanı AÇ-2024-də bu futbolçular təmsil edəcək

blank
AÇ-20242024-06-08 18:22

Daha bir komandanın AÇ-2024 üçün yekun heyəti müəyyənləşdi

blank
AÇ-20242024-06-08 18:00

Xorvatiya millisinin AÇ-2024 üçün yekun heyəti bilindi

blank
Digər idman növləri2024-06-08 17:29

Millimiz Avropa Kubokunun təsnifat mərhələsində ikinci qələbəsini qazandı

blank
Digər idman növləri2024-06-08 17:00

Azərbaycanın yunan-Roma güləşçisi reytinq turnirinin finalında

blank
Digər idman növləri2024-06-08 16:29

Azərbaycanda keçiriləcək 3-cü MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub

blank
Milli komanda2024-06-08 16:00

Yığmamız sonuncu oyunda məğlub oldu

blank
Dünya futbolu2024-06-08 15:40

“Mançester Siti”də yeni müqavilə

blank
Digər idman növləri2024-06-08 15:23

Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb

blank
Ölkə futbolu2024-06-08 15:00

“Səbail”də daha bir ayrılıq

blank
Digər idman növləri2024-06-08 14:40

Prezident töhmət aldı, rusiyalı şahmatçılar beynəlxalq turnirlərdən uzaqlaşdırıldılar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm