Yevlaxda yeniyetmə və gənclər arasında minifutbol üzrə rayon turniri başa çatıb.

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə gənclər idman sektorunun və UGİM-nin birgə təşkilatçılığı ilə keçirilən yarışda qaliblər müəyyənləşib. Turnirdə qalib komandalar Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.

13 yaşlıların yarışında “Vətən”, UGİM və “Ümid”, 15 yaşlıların mübarizəsində “Karvan”, “Aran” və “Karvan-2” müvafiq olaraq, ilk üç yeri tutub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp