Kişilərdən ibarət Azərbaycanın 3×3 basketbol millisi təlim-məşq toplanışı çərçivəsində Seribayanın Novi Sad şəhərinə yola düşüb.

Futbolinfo.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Cəbrayıl Əkbərov, Endər Poladxanlı və Kamran Məmmədovdan ibarət heyətə, qarşıdakı günlərdə Cordan Deyvisin də qoşulması gözlənilir.

Bu basketbolçular arasından seçiləcək 4 nəfərlik yekun heyətə hazırlıq prosesinin sonlarında qərar veriləcək.

İyunun 7-nə qədər davam edəcək toplanışın əsas məqsədi, iyunun 8-dən, 9-dək Kosovonun Priştina şəhərində keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, millimiz təsnifat mərhələsinin “B” qrupunda, Kosovo, Kipr, Albaniya və Ermənistan yığmaları ilə qarşılaşacaq

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp