19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Moldovada təşkil edilən yoldaşlıq turnirində bu gün ikinci oyununu keçirəcək.

Futbolinfo.az xəbər verir ki, yığma Türkiyənin U-20 komandası ilə qarşılaşacaq.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

U-19 turnirin ilk oyununda Qazaxıstan yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Millimiz son matçını iyunun 10-da, saat 20:30-da Moldovanın U-19 kollektivinə qarşı keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp