“Biz mübarizə apardıq, təslim olmadıq və əlimizdən gələni etdik. Komandama təşəkkür edirəm”. Bunu Edvard Yordanesku Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda Belçikaya 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Rumıniya millisinin baş məşqçisi növbəti mərhələyə vəsiqə qazanmaq şansının öz əllərində olduğunu bildirib: “İndi üzülmək olmaz. Uşaqlar beş gün əvvəl Ukraynaya qalib gəliblər. İndi Slovakiya ilə görüşü düşünməliyik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp