Dünya futbolu
Yusuf Laval Bakıya gələ bilər

Azərbaycan klubları “Sabah”, “Neftçi” və “Qəbələ”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı artıb. Daha üç komanda 2023/2024 mövsümündə yarışa həmin raunddan başlamaq hüququ qazanıb.
Serbiya təmsilçisi “Partizan”dan sonra “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna) və “Arouka”nın (Portuqaliya) III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlərdə qərarlaşacağı dəqiqləşib. “Sabah”, “Neftçi” və “Qəbələ” onların potensial rəqibi olmaq üçün II raundu keçməlidirlər.
“Arouka”nın “Neftçi”yə rəqib olması ehtimalı maraqlıdır. Bu komandanın heyətində qışda Portuqaliyaya yollanan Yusuf Laval çıxış edir. Bakılılar onu satmağı lazım bilmişdi.
“Hayduk” (Split, Xorvatiya), “Brann” (Norveç) və “Nordsyelland” (Danimarka) isə III raundda səpələnməmişlərdə qərarlaşacaqlarından, Azərbaycan komandalarına rəqib ola bilməzlər.
Qeyd edək ki, Konfrans Liqasında III mərhələnin püşkü iyulun 24-də atılacaq.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat