Dünya futbolu
“Yuventus”un sabiq futbolçusu həbs olundu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Cenoa”nın xavbeki Manolo Portanova həbs olunub. “Yuventus”da yetişən, 2021-ci ilin yanvarında indiki klubuna satılan 22 yaşlı oyunçu bundan sonra günlərini yaşıl meydanda yox, həbsxanada keçirəcək.
Futbolinfo.az xəbər verir ki, Portanovaya 6 il iş kəsilib. Buna onun qrup şəklində zorlama olayında iştirakı səbəb olub.
Futbolçu 2021-ci ilin mayında Syenada təşkil olunan bir mərasim zamanı 21 yaşlı tələbə qıza edilən təcavüzün iştirakçılarından biri olub. Olayın digər iştirakçıları futbolçunun qohumu və iki dostu imiş.
Bu gün cəzası bəlli olan futbolçu əlavə olaraq zərərçəkənin ailəsinə 120 min avro təzminat da ödəyəcək.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-16 11:04
“Neftçi”də növbəti “islahat dalğası”: yenə əcnəbiləri yox, sıravi əməkdaşları işdən çıxarırlar
- Ölkə futbolu2024-07-16 08:00
Emin Mahmudov “Neftçi”dən ayrılır – rəhbərliyə görə