Hindistan çempionatlarında 2024-cü ilin ən dəyərli futbolçuları açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, Super Liqa ilə yanaşı, I və II Liqada çıxış edən oyunçular da fərqləndirilib.

Karyerasını I Liqada davam etdirənlər arasında tanış sima da var. Belə ki, vaxtilə Azərbaycanda “Zirə” və “Sumqayıt”ın formasını geyinmiş Riçard Qadze ikinci dərəcəli çempionatın ən dəyərli 5 oyunçusu sırasına düşüb. “Rajastan Yunayted”in formasını geyinən qanalı forvard I Liqanın ən yaxşı üçüncü futbolçusu hesab edilib.

Qeyd edək ki, Qadze daha əvvəl 2015-2016-cı illərdə Hindistanda “Delhi Dinamo”nun formasını geyinib. 29 yaşlı forvard 2017-2018, 2019-2020-ci illərdə ölkəmizdə “Zirə”də, 2022-2023 mövsümünün ilk dövrəsini isə “Sumqayıt”da keçirib.

Shares: