Ölkə futbolu
Əmir Ağayev: “Sumqayıt” mənə daha az maaş təklif edib”
“Karyeramı “Sumqayıt”da davam etdirib-etdirməyəcəyimi bilmirəm”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Report”a açıqlamasında mövsümün sonunda “Sumqayıt”la müqaviləsi başa çatan Əmir Ağayev deyib.
“Gənclik şəhəri” təmsilçisi ilə danışıqların davam etdiyini söyləyən israilli futbolçu bildirib ki, hələlik təklifi götür-qoy edir: “Sumqayıt” mənə ötən mövsümdəkindən daha az məvacib təklif edib. Ona görə də danışıqlar uzanır”.
Klubun Mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov isə “Report”a deyib ki, hazırda Ağayevlə yanaşı, digər futbolçularla da danışıqlar gedir. Onun sözlərinə görə, yaxın günlərdə qapıçı Aydın Bayramov, yarımmüdafiəçilər – Murad Xaçayev və Vüqar Mustafayevlə yeni müqavilə imzalanacaq.
“Gənclik şəhəri” təmsilçisi daha əvvəl qapıçı Mehdi Cənnətov, müdafiəçi Elvin Bədəlovla müqaviləni 1 illik uzadıb, “Zirə”dən ayrılan Tellur Mütəllimov və sabiq futbolçusu Elvin Məmmədovu isə heyətinə qatıb.
Qeyd edək ki, Əmir Ağayev “Sumqayıt”da 2019-cu ilin yanvarından çıxış edir.

- Ölkə futbolu2023-06-03 20:49
Xəbərimiz təsdiqləndi: AFFA İcraiyyə Komitəsi II Divizionun yaradılması üçün göstəriş verdi
- Ölkə kuboku2023-06-03 22:36
Ölkə kubokunu “Qəbələ” qazandı!
- Ölkə futbolu2023-06-03 13:30
Hamidu Keyta rəsmən “Qarabağ”da!
- Ölkə futbolu2023-06-04 08:50
“Neftçi”dən ayrılan futbolçuların ilkin siyahısı