Müsahibə
“Əsas məqsədimiz medalçılar arasında olmaqdır”
“Sabah”ın müdafiəçisi Slavik Alxasovun futbolinfo.az-a müsahibəsi
- Hazırlıq prosesi necə keçdi?
- Təlim-məşq toplanışımız yüksək səviyyədə keçdi. Gürcüstanda hər şey əla idi. Həm şərait, həm meydançalar, həm otel istədiyimiz şəraitdə idi.
- Komandanın builki hədəfi nə olacaq?
- Bizim əsas məqsədimiz medalçılar arasında olmaqdır. Həm də Konfrans Liqasına vəsiqə qazanmaq istəyirik. İnanıram ki, Ramin Quliyevlə uğura doğru addım atacağıq. Bütün komanda buna inanır.
- Ötən mövsüm çox da meydana çıxa bilmədin..
- Az da oynamamışam. Çox oyunları zədəyə görə buraxdım. Bu il komanda üçün əlimdən gələni etməyə çalışacam. Həm də komandada ötən il ab-hava başqa idi, bu il başqa…
- Ötənilki ab-hava problemli idi?
- Onlar hamısı keçmişdə qaldı. Artıq yeni ab-havaya öyrəşmək, əlimizdən gələni etmək lazımdır.
- Mövsümün sonunda başqa komandalardan təklif aldın?
- Mənim müqaviləm var idi. Klubumla müqaviləm ola-ola hara gedəcəkdim?
- Yenə 8 komandalı çempionat izləyəcəyik…
- Bu il də 8 komanda olacaq. Amma zəif və ya güclü olacağını zaman göstərəcək. Heç kim indidən deyə bilməz ki, biz zəif çempionat izləyəcəyik.
- Bəhlul Mustafazadə və Ramil Şeydayevin gedişi komandaya necə təsir edəcək?
- Hər ikisi bizim üçün vacib oyunçular idi. İndi burda deyillər, onlara uğurlar arzu edirəm.
FƏRİD

- Ölkə futbolu2023-12-06 10:19
“Araz-Naxçıvan” iki futbolçunu qovacaq
- Müsahibə2023-12-06 08:00
Romao əvəzolunmaz futbolçu tanımır: “Sonda vurduğumuz qol bizə “can verdi”
- Ölkə futbolu2023-12-06 20:00
Fatma Elxan Məmmədov üçün minnətə gəlir – çempionat oyununu da izləyəcək
- Ölkə futbolu2023-12-07 08:55
“Qarabağ” son 5 mövsümdə Avropanın ən yaxşı “3-lüy”ündə