Premyer-liqa
Dias rəsmən "Qarabağ"da
"Qarabağ" gözlədiyi transferi gerçəkləşdird…
"Qarabağ" gözlədiyi transferi gerçəkləşdirdi. Futbolinfo.az xəbər verir ki, Ağdam klubu Portuqaliyanın "Maritimo" komandasında çıxış edən Danilo Diasla 2 illik müqavilə imzalayır.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə brazilyalı forvad artıq Bakıdadı. Heç bir problem olmayacağı halda onunla iki illik müqavilə imzalanacaq. Diasla münasibətlər sabaha qədər rəsmiləşdiriləcək. Onun komandada neçə nömrəli forma geyinəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, Dias futbolçu karyerasına Brazilyanın "Qoyas" komandasında başlayıb. Dias sonuncu klubu "Maritimo"da 103 oyun keçirib.