Dünya futbolu
İtaliyada transferdə yeni qərar
İtalya Futbol Federasiyası qarşıdakı transfer dönəmindən e…
İtalya Futbol Federasiyası qarşıdakı transfer dönəmindən etibarən yeni qaydalar tətbiq etmək qərarını qəbul edib. Futbolinfo.az xəbər verir ki, bundan sonra ölkədə heç bir futbolçunun transfer hüququ birdən artıq klubda olmayacaq.
Başqa sözlə, bir futbolçunun satışında yalnız bir klub təmsil olunacaq.
Qeyd edək ki, federasiya bu qərarla son illər İtaliyada artan analoji tendensiyanın qarşısını almaq məqsədi güdür.