Dünya futbolu
Ronaldo üçün 4 favorit
Məşhur braziliyalı futbolçu, DÇ-2014-ün təşkil…
Məşhur braziliyalı futbolçu, DÇ-2014-ün təşkilat komitəsinin üzvü Ronaldo mundialda ölkəsinin şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, favorit qismində 4 komandanı gördüyünü bildirib:
“Əlbəttə ki, əsas favorit Braziliyadı. Bizim millinin çempion olmaq üçün çox gözəl şansı var. Təkcə meydan sahibi olduğuna görə yox. Braziliyanın heyəti də çox güclüdü. Konfederasiyalar Kuboku Braziliyanın nəyə qadur olduğunu göstərdi. Müdafiə xətti etibarlı, yarımmüdafiə xətti çox güclüdür. Hücumda əla bombardirlər, üstəlik Neymar var. Son olaraq da möhtəşəm azartkeş dəstəyi. Ən çox 4 komandanın şansı çoxdu. Braziliya ilə yanaşı, Almaniya, Argentina və İspaniya da dünya çempionu ola bilərlər. İtaliyanı da unutmaq olmaz. Bu komandayla hər kəs hesablaşmalıdı. Fransa kimi İtaliya millisi də böyük ənənələrə malikdi”.