Bizi izləyin

Layihə

Mövsümün tapıntıları

blank
blank

Hər mövsüm özünü yaxşı tərəfdən göstərən, adından söz etdirməyi bacaran və komandası üçün önəmli futbolçulardan birinə çevrilən gənc oyunçulara rast gəlirik. 2023/24 sezonu da istisna deyil. Hazırda sonuncu dövrəsi oynanılan Misli Premyer Liqasında cari mövsümdə də parlayan cavan futbolçular oldu.

Tarixi qolların müəllifi

Şübhəsiz ki, siyahının başında Nəriman Axundzadə dayanır. “Qarabağ”ın yetirməsi olan Nəriman 20 yaşını bu ay tamamlayacaq. Premyer Liqada debütü ötən mövsümə təsadüf edən gənc forvard keçən sezon ümumilikdə 9 oyunda iştirak etmişdi. Cari mövsümdən isə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov yetirməsinə daha çox şans verir, Axundzadə də onun etimadını doğrulda bilir.

Təsadüfi deyil ki, Nəriman Misli Premyer Liqasının hazırkı mövsümündə 23 oyunda iştirak edib. Bu mövsüm çempionatda ümumilikdə 1513 dəqiqə meydanda olan istedadlı hücumçu 8 dəfə rəqib qapılarına yol tapıb. Çempionatda hələ dubl edə bilməyən Nəriman bu qollardan 3-nə “Qəbələ” ilə oyunlarda imza atıb, digərlərini isə “Kəpəz”, “Sabah”, “Neftçi”, “Zirə” və “Turan Tovuz”la görüşlərdə vurub.

Axundzadə Azərbaycan Kuboku, həmçinin avrokubok oyunlarında da ön plana çıxmağı bacarıb. Ötən il, dekabrın 21-də – 30 ildən sonra Xankəndi şəhərində keçirilən tarixi oyunda fərqlənən də məhz Nəriman olmuşdu. Axundzadənin son saniyələrdə vurduğu tarixi qol sayəsində “Qarabağ” MOİK üzərində 1:0 hesablı qələbə qazanaraq, Azərbaycan Kubokunda 1/4 finala adlamışdı.

Daxili turnirlərlə yanaşı, avrokubokların 2023/24 mövsümündə də Qurban Qurbanovun şans verdiyi Nəriman etimadı doğrultmağı bacardı. Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə Bakıda keçirilən oyununda Axundzadənin son dəqiqələrdə vurduğu həlledici qol uzun müddət azərbaycanlı futbolsevərlərin yaddaşından silinməyəcək. Məhz həmin qolun sayəsində “Qarabağ” tarix üstünə tarix yazaraq, AL-də 1/8 finala adlamışdı.

“Çərçivə” əmin əllərdədir

Cari mövsümdə komandasının aparıcı oyunçusuna çevrilən yerli futbolçuların sırasında “Neftçi”nin qapıçısı Rza Cəfərov da var. 21 yaşını iyulda tamamlayacaq Rzanın Premyer Liqadakı debütü ötən mövsüm baş tutsa da, keçən sezon çempionatın yalnız 1 oyununda onu izləmək imkanımız olmuşdu. Cari sezonda isə Cəfərov “ağ-qaralar”ın ən istəkli və faydalı iş əmsalı yüksək olan üzvlərindəndir.

blank

İvan Brkiçin zədələnməsindən sonra şans qazanan Rza sabiq çalışdırıcı Adrian Mutu kimi, hazırkı baş məşqçi Miodraq Bojoviçin də etimadını doğruldur. Təsadüfi deyil ki, Cəfərov bu sezon Misli Premyer Liqasında 17 oyunda meydana çıxıb. 14-cü turdan etibarən bütün matçlarda “çərçivə” ona tapşırılıb. Ümumilikdə 1530 dəqiqə meydanda olan Rza bu müddətdə 18 top buraxıb. 7 görüşdə qapısının toxunulmazlığını saxlayan Cəfərova son 2 oyunda da qol vurmaq mümkün olmayıb.

Artıq əsas milliyə də dəvət olunan gənc qolkiperin yaxın gələcəkdə yığma komandanın da “1 nömrəsi”nə çevriləcəyinə ümid böyükdür.

Tovuza köç edən istedad

Bu sezon özünü yaxşı tərəfdən göstərən gənc futbolçulardan biri də Veysəl Rzayevdir. Müqavilə ilə “Sabah”a məxsus olan 21 yaşlı yarımmüdafiəçi icarə əsasında çıxış etdiyi “Turan Tovuz”un meydanda ən çox olan üzvlərindəndir. Baş məşqçi Ayxan Abbasov ötən mövsümlə müqayisədə, bu sezon Veysələ daha çox güvənir. Bunu statistika da təsdiqləyir. Rzayev Misli Premyer Liqasının cari mövsümündə 24 matçda iştirak edib. Ümumilikdə 1423 dəqiqə meydanda olan Veysəlin bu müddətdə qol hesabını açmaması başadüşüləndir. Çünki dayaq yarımmüdafiəçisi olan Rzayevin əsas funksiyası rəqib hücumlarının qarşısını kəsməkdir.

“Sabah”a məxsus olan digər Rzayev

Cari mövsümdə komandası üçün vacib futbolçulardan sayılan gənc oyunçuların siyahısında Abdulla Rzayev də var. Ötən mövsümdən Premyer Liqanın ab-havasını hiss edən, keçən sezon “Şamaxı”da 4, “Kəpəz”də isə 18 oyunda iştirak edən Abdulla da Veysəl Rzayev kimi müqavilə isə “Sabah”a məxsusdur. Bu mövsüm icarə əsasında “Araz-Naxçıvan”ın formasını geyinən Rzayev baş məşqçi Azər Bağırovun ən çox etimad göstərdiyi futbolçulardandır. Abdulla bu sezon çox “artırıb” və mövsümün gedişində zədələnməsəydi, hazırda daha yaxşı formada ola bilərdi.

Çempionatın 20 oyununda iştirak edən Rzayev ümumilikdə 1687 dəqiqə meydanda olub. 22 yaşını ötən ay tamamlayan sağ cinah müdafiəçisinin yaxın gələcəkdə öz mövqeyi üzrə Azərbaycanın ən yaxşı futbolçularından birinə çevriləcəyini və əsas millinin şərəfini qoruyacağını əminliklə söyləmək olar.

“Zirə”də “ikinci baharını” yaşayan yarımmüdafiəçi

“5-lik”də yer alan sonuncu futbolçu Ceyhun Nuriyev bugünlərdə 23 yaşını tamamlayıb. Düzdür, Nuriyev istedadlı yarımmüdafiəçi olduğunu əvvəlki illərdən hiss etdirmişdi. Ancaq “Sabah” rəhbərliyi və məşqçilər korpusu ilə arasındakı narazılığa görə bir müddət əsas komandadan uzaqlaşdırılması onu geri saldı. Əvəzedici heyətə göndərildiyi üçün cari mövsümün ilk yarısında çempionatın cəmi 3 oyununda (ümumilikdə 50 dəqiqə) meydana çıxmaq şansı qazandı.

blank

Qış fasiləsində “Zirə”yə transfer olunan Nuriyev hazırda “ikinci baharını” yaşamaqdadır. “Qartallar”ın baş məşqçisi Rəşad Sadıqov ona çox güvənir. Qəsəbə təmsilçisinə keçəndən sonra Misli Premyer Liqasının 9 oyununda iştirak edən Ceyhun bu görüşlərdə ümumilikdə 775 dəqiqə meydanda olub və aktivinə 1 qol yazdırıb. Ceyhun öz oyunu ilə “Zirə”nin əsas heyətində möhkəmlənməyə layiq olduğunu təsdiqləyir.

Oyunu oxumaq bacarığı, uzaq məsafədən zərbələri və dəqiq ötürmələri ilə seçilən yarımmüdafiəçi milli komandanın son toplanışına da dəvət almışdı. Bolqarıstanla yoldaşlıq görüşünə sonradan daxil olsa da, verdiyi məhsuldar ötürmə ilə heç-heçədə mühüm rol oynamışdı. Nuriyevin bu gedişlə daha yaxşı formaya düşəcəyinə, “Zirə” ilə yanaşı, yığmanın da aparıcı oyunçularından birinə çevriləcəyinə şübhə yoxdur.

FƏRİD

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Ölkə futbolu2024-07-13 23:13

“Sumqayıt”da monteneqrolu hücumçu

blank
Ölkə futbolu2024-07-13 23:00

“Sabah”dan Sloveniyada növbəti heç-heçə

blank
Ölkə futbolu2024-07-13 22:35

“Turan Tovuz” Türkiyəyə yollanacaq

blank
Ölkə futbolu2024-07-13 21:21

“Zirə” – “Şerif” oyununun biletləri satışa çıxarılrır

blank
Ölkə futbolu2024-07-13 21:00

“Neftçi” qələbə ilə başladı

blank
Ölkə futbolu2024-07-13 20:42

“Kəpəz” malili hücumçu ilə gücləndi

blank
Ölkə futbolu2024-07-13 20:29

“Səbail”dən Super Liqa klubu ilə heç-heçə

blank
Digər idman növləri2024-07-13 20:04

Millimiz finala yüksəldi

blank
Dünya futbolu2024-07-13 19:40

“Beşiktaş”da italiyalı hücumçu

blank
Dünya futbolu2024-07-13 19:20

Fransa millisinin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda

blank
Digər idman növləri2024-07-13 19:00

MBA tarixinin ən böyük güzəşti

blank
Ölkə futbolu2024-07-13 18:41

“Sumqayıt”ın rəqibi yoxlama görüşündə qələbə qazandı

blank
Digər idman növləri2024-07-13 18:20

AÇ: Millimizdən növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-07-13 18:00

“Qarabağ” karyeram üçün mükəmməldir” – Buntiç

blank
AÇ-20242024-07-13 17:38

Yamal ad gününə anasından istədiyi hədiyyəni açıqladı

blank
Digər idman növləri2024-07-13 17:19

Lebronun oğlu ilk oyunda cəmi 8 xal topladı

blank
Dünya futbolu2024-07-13 17:00

“Roma”dan yeni transfer

blank
Digər idman növləri2024-07-13 16:46

Ən varlı Formula 1 sürücülərinin siyahısı açıqlandı

blank
Dünya futbolu2024-07-13 16:30

“Mançester Siti” hücumçusunu satdı

blank
Ölkə futbolu2024-07-13 16:11

“Sumqayıt”da növbəti ayrılıq

blank
Ölkə futbolu2024-07-13 15:49

“Çempionatda uğur qazanmaq üçün bu gün daha çox tər tökməliyik” – Elmar Baxşıyev

blank
Ölkə futbolu2024-07-13 15:12

“Kəpəz” hazırlığın növbəti mərhələsinə start verib

blank
Dünya futbolu2024-07-13 14:44

“Napoli”dən növbəti transfer

blank
Dünya futbolu2024-07-13 14:15

“İnter”də ilk iranlı hücumçu

blank
Digər idman növləri2024-07-13 13:46

Azərbaycan şahmatçıları 5-ci Avropa Universitet Oyunlarında birinci yeri tutublar

blank
Dünya futbolu2024-07-13 13:17

Fransalı sabiq futbolçuya 12 aylıq şərti həbs cəzası

blank
Ölkə futbolu2024-07-13 12:48

“Səbail” Türkiyə klubuna qarşı

blank
Ölkə futbolu2024-07-13 12:19

“Sabah”ın Sloveniyada üçüncü sınağı

blank
Digər idman növləri2024-07-13 11:51

AÇ: Yığmalarımız yarımfinal görüşlərinə çıxacaq

blank
Ölkə futbolu2024-07-13 11:26

“Neftçi” Super Liqa klubu ilə üz-üzə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm