Dünya futbolu
Kərim Benzema: “Real”da xoşbəxtəm"
Madrid "Real"ının fransalı forvardı Kərim Benzema milli…
Madrid "Real"ının fransalı forvardı Kərim Benzema millinin düşərgəsində olarkən ölkəsinin "L'equipe" nəşrinə müsahibə verib. Futbolinfo.az xəbər verir ki, hücumçu klubdakı günlərindən danışıb:
"Madrid evim kimidi. Çətin günlər keçirsəm də, hamısı geridə qaldı. Bəzi günlər özümü yaxşı hiss etmirdim, amma heç vaxt ümidimi itirmirdim. Burda məşqlər 10:30 və ya 11:00-da olur. Mən isə 09:30-dan məşqlərə başlayıram. Məşqdən sonra isə zalda idman edirəm".
Qeyd edək ki, hazırda Kərim Benzemanın adı "Arsenal"la hallanır.