Dünya futbolu
David Vilya azarkeşlərlə sağollaşdı
Madrid "Atletiko"sunun hücumçusu David Vilya rə…
Madrid "Atletiko"sunun hücumçusu David Vilya rəsmi "Twitter" hesabından verdiyi açıqlama ilə klubla yollarını ayırdığını rəsmən təsdiqləyib. Futbolinfo.az xəbər verir ki, ispan qolçu azarkeşlərə təşəkkür etmək məqsədi ilə xüsusi video da paylaşıb.
Qeyd edək ki, Vilya ABŞ-ın "Nyu-York Siti" klubuyla anlaşıb. Artıq o, yeni komandası üçün tibbi müayinədən də keçib. Hazırda millinin düşərgəsində olan Davidin dünya çempionatından sonra MLS təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.