Dünya futbolu
Lavetsinin PSJ-də qalacağı dəqiqləşdi
Adı tez-tez transfer bazarında hallanan PSJ-nin və Argentina millis…
Adı tez-tez transfer bazarında hallanan PSJ-nin və Argentina millisinin hücumçusu Ezekel Lavetsinin klubdan ayrılma ehtimalı sıfıra enib. Futbolinfo.az xəbər verir ki, oyunçunun meneceri Aleksandro Matsoni mətbuata açıqlamasında futbolçunun gələcək karyerası haqqında danışıb.
Matsoni Lavetsinin "Çelsi"yə keçidi barədə çıxan xəbərləri yalanlayaraq argentinalı futbolçunun gələn mövsüm də PSJ-də qalacağının dəqiqləşdiyini bildirib.
Lavetsi 2012-ci ildə PSJ-yə 30 milyon avro qarşılığında transfer olunmuşdu.